Pulu banka qoymaq, yoxsa gizlətmək daha yaxşıdır? | Banco.az

Pulu banka qoymaq, yoxsa gizlətmək daha yaxşıdır?

 Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Ciddi iqtisadi böhran zamanı dövlət ilk növbədə vətəndaşların hesablarında olan pul vəsaitlərinin həcminə görə ən böyük bankları xilas edəcək”.

Banco.az xəbər verir ki, bu barədə məşhur rusiyalı iqtisadçı Mixail Delyagin danışıb.

Onun sözlərinə görə, Rusiyada da iqtisadi vəziyyət ən qısa müddətdə ciddi şəkildə pisləşə, hətta bu, tamamilə qəfil baş verə bilər.

Mütəxəssisin tövsiyəsinə görə, ruslar pullarını kiçik regional banklarda qorumaqdansa, yerli ilk 20-liyə daxil olan maliyyə təşkilatlarına köçürmələri daha yaxşıdır. Çünki Rusiyada bank sektorunun bütün liderləri çoxdan tanınır.

“Belə bir strategiya, ruslara böhran zamanı iflas edən bankdan pullarını məhkəmələr vasitəsilə geri qaytarmaq məcburiyyətində qalacaqları vəziyyətdən qaçmağa imkan verəcək. Çünki bu sığorta yolu ilə bir çox vətəndaş hesablarında zəmanət veriləndən daha böyük məbləğ saxlaya bilər”-, deyə mütəxəssislər qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et