Pul vahidləri nişanları bir-birinə nə qədər bənzərdir? | Banco.az

Pul vahidləri nişanları bir-birinə nə qədər bənzərdir?

Pul vahidlərinin qısa formada adlandırılması hələ qədim zamanlarda mövcud idi. Belə ki, Qədim Yunanıstanda ən çox istifadə olunan pul vahidi olan "draxma"-nın simvolu kimi "I" (bir) və əlavə olaraq "" elementindən istifadə edilirdi.

Lakin pul vahidlərinin simvollarla göstərilməsi 90-ci ilin sonlarında daha da geniş vüsət almağa başladı və bu proses bu günə qədər də davam edir. Onlardan biri kimi Azərbaycan Manatının işarəsini qeyd etmək olar. Belə ki, 2006-cı ildə Robert Kalina əskinasların dizaynı ilə yanaşı, həm də manatın simvolunu da hazırlamışdır. Lakin son illərə qədər simvoldan istifadə geniş yayılmamışdır. Ancaq 2012-ci ildə JIS reklam agentliyi tərəfindən reklam mətnlərində AZN nişanından geniş istifadə olunması simvolun daha da məşhurlaşmasına səbəb olmuşdur. 

Bununla da manatın simvolunun Unicode-a əlavə olunması prosesi sürətlənmişdir. Belə ki, Unicode konsorsiumunun 2013-cü il iyun ayının 10-14-də keçirilən iclasında manat simvolu U+20BC ilə kodlaşdırmaya qəbul edilmişdir.

Pul Vahidi   Simvol  Qısa məlumat
Azərbaycan Manatı Manat latın mənşəli "moneta" sözündən yaranmışdır. Azərbaycan manatı ilk dəfə dövriyyəyə 1992-ci ildə buraxılmışdır. 1 manat=100 qəpik
ABŞ Dolları Dollar "böyük gümüş pul" deməkdir və dəniz ticarətində istifadə olunan "taler" sözündən yaranıb. FES tərəfindən emissiya edilir. 1 dollar=100 sent
Avro Almaniyanın Maliyyə Naziri Theodor Waigel tərəfindən təqdim edilən avro ilk dəfə 2002-ci ildə dövriyyəyə buraxılıb. 1 avro=100 sent(avrosent)
BB Funt Sterlinqi Funt latın mənşəli "ibra" sözündən götürülmüşdür. Sterlinq adı isə eyni adlı köhnə 1.555 qramlıq gümüş sikkələrin adından götürülmüşdür. 1 funt sterlinq=100 penni
Türkiyə Lirəsi Lirə latın mənşəli "libra" (327.45 qr) sözündən yaranmışdır. 1 TL=100 kuruş
Rusiya Rublu Rubl böyük gümüş külçələrin hissələrə bölünməsi mənasını verir və artıq XIII əsrdən etibarən istifadə edilir. 1 rubl=100 qəpik
Gürcüstan Larisi Lari sözü gürcü dilindən tərcümədə xəzinə mənasını verir və ilk dəfə 1995-ci ildə emissiya edilmişdir. 1 lari=100 tetri
İran Riyalı Ərəb ölkələrində riyal "böyük gümüş pul" mənasına gəlir. İranda riyal "toman" adlı köhnə pul vahidini əvəz etmişdir. 1 Riyal=100 dinar
Hindistan Rupisi "İşlənmiş gümüş" mənasına gələn "rupya" sözündən götürülmüşdür. 1 rupi=100 pais
İsrail Şekeli "Tərəzi, çəki" mənasını verir və ərəb və ivrit dillərinin daxil olduğu Sami dil ailəsinə məxsusdur. 1 şekel=100 aqorat; 1 aqorat=10 şepalim
Meksika Pesosu İspan dilində "ağırlıq" deməkdir. 1 peso=100 santevo
Çin Yuanı 1948-ci ildə ilk dəfə çap edilib. 1 yuan=10 jia; 1 jia=10 fen
Yapon Yeni 1871-ci ildə ilk dəfə çap edilib və Çinin pul vahidi olan yuandan yaranmışdır. 1 yen=100 sen

Manatın tarixi haqqında daha ətraflı məlumatı burdan əldə edə bilərsiniz: Manatın dizaynı ilə bağlı maraqlı faktlar

Ən sərfəli kredit üçün müraciət et

JIS tərəfindən hazırlanan təbliğat videosu: USE AZN Project in Life!

Ən sərfəli krediti almaq üçün müraciət et