Problemli kreditlərin böyük hissəsi geri qaytarılmayacaq | Banco.az

Problemli kreditlərin böyük hissəsi geri qaytarılmayacaq

"Problemli kreditlərin həcmi 1 miyard 442 milyon manata çatıb. Bu 16 milyard 275 milyon manatlıq kredit portfelinin 8.9 faizi deməkdir". Banco.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

O, həmçinin bildirib ki: "Neftin dünya bazar qiyməti aşağı düşməyə başlayanda bu rəqəm 5 faiz ətrafında dəyişirdi. Bununla belə, aparılan monitorinqlər göstərir ki, banklarda problemli kreditlərin məbləği Mərkəzi Bank tərəfindən rəsmi elan edilən rəqəmdən daha böyükdür. Fərqli səbəblərdən banklar yubanan kreditləri problemli kreditlər kimi rəsmilləşdirməyə həvəsli görsənmirlər. Kredit götürənlərin ödəmə qabiliyyətinin azaldığını nəzərə alsaq o zaman növbəti aylarda da problemli kreditlərin həcmində artımlar qaçılmazdır.

Ən sərfəli kredit üçün müraciət et

Tədqiqatlar göstərir ki, problemli kreditlərin xeyli hissəsi artıq “ümidsiz kreditlərdir”. Yəni, onların geri qaytarılması praktik olaraq mümkün deyil. Halbuki, 2015-ci ilin əvvəlində təklif etdiyimiz kimi, Mərkəzi Bank sadəcə problemli kreditlərin yarısı qədər məbləğı xarici valyutada olan kreditlərə kompensasiya kimi ödəsəydi 10 min dollaradək istehlak kreditlərinə güzəşt tətbiq edə bilərdi. Mərkəzi Bank kreditlərə güzəşt versəydi nə problemli kreditlərin həcmi bu qədər şişərdi, nə də kredit borcu olanların ödəmə qabiliyyəti pisləşərdi. Bu isə o deməkdir ki, güzəşt tətbiq edilməyincə problemli kreditlərin həcmində artımlar davam edəcək".

Ən sərfəli krediti almaq üçün müraciət et