Polşa avroya keçidin ölkədə yaşayış xərclərini artıracağını bildirib | Banco.az

Polşa avroya keçidin ölkədə yaşayış xərclərini artıracağını bildirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Polşa rəsmisi avroya keçidin əleyhinə olduqlarını açıqlayıb.

Banco.az xəbər verir ki, Polşanın Baş naziri Mateuş Moravietski ölkəsində avronun qəbulu ilə bağlı müzakirələrdə Xorvatiyanı misal çəkərək bunun yaşayış xərclərini artıracağını və hələlik prosesin əleyhinə olduqlarını bildirib.

Baş nazir ölkənin avroya keçid ehtimalına qəti şəkildə qarşı çıxıb və bu prosesin Xorvatiyada bu yaxınlarda “xaos”a və yaşayış xərclərinin artmasına səbəb olduğunu xatırladıb.

O iddia edib ki, Polşa rəsmi valyutası olan zlot əvəzinə avrodan istifadə etsə, bu, hazırda 17 faizdən çox olan inflyasiyanı daha da artıracaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et