Pensiya məbləğini belə hesablaya bilərsiniz | Banco.az

Pensiya məbləğini belə hesablaya bilərsiniz

Bəlli bir yaşa çatdıqdan sonra vətəndaşlar əmək fəaliyyəti ilə məşğulliyyəti dayandırır və təqaüd barədə düşünür. Bu zaman “nə qədər pensiya ala biləcəyəm?” sualı ortaya çıxır.

Elektron Hökümət Portalı sayəsində alacağınız təqaüdü qısa zaman ərzində onlayn kalkulyator vasitəsilə hesablaya bilərsiniz.

Onlayn şəkildə pensiya məbləğinin hesablanması yolunu təqdim edirik.

İlk olaraq bildirək ki, Elektron xidmətdən istifadə etmək üçün https://www.e-gov.az – "Elektron Hökumət Portalı"na daxil olmaq lazımdır.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlərin siyahısından "Pensiya kalkulyatoru" elektron xidmətini seçin.

Ən sərfəli kredit üçün müraciət et

Açılan pəncərədə əgər FİN kodu avtomatik doldurulmayıbsa, o zaman FİN kodu əl ilə daxil etməlisiniz. Eyni zamanda əgər varsa 01.01.2006-cı ilədək iş stajını illər və aylar üzrə ayrılıqda daxil etmək lazımdır.

"Göndərmək" düyməsini sıxdıqdan sonra istifadəçinin soyadı, adı, atasının adı, sosial sığorta nömrəsi və 2006-cı ilə qədər hesablanmış pensiya kapitalı göstərilməklə, pensiyanın məbləği barədə müfəssəl məlumatlar təqdim olunur.

Qeyd edək ki, bu xidmət vasitəsilə əldə etdiyiniz məlumatları PDF formatında kompüterinizin yaddaşında saxlaya, çap edə, eləcə də istənilən elektron poçt ünvanına göndərə bilərsiniz.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et