Pekində Kovid-19 tədbirləri sərtləşdirilib | Banco.az

Pekində Kovid-19 tədbirləri sərtləşdirilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Pekində Kovid-19 əleyhinə tədbirlər gücləndirilib.

Banco.az xəbər verir ki, Çinin paytaxtı Pekində Kovid-19-a yoluxma hallarının artması ilə əlaqədar pandemiyadan qorunma və profilaktika tədbirləri artırılıb.

Bu tədbirlər çərçivəsində şəhərin əksər mərkəzi rayonlarında vətəndaşlara mümkün qədər evdən bayıra çıxmamaq tövsiyə olunmaqla yanaşı, dünəndən etibarən məktəblərdə bir həftəlik onlayn tədrisə başlanılıb.

Pekinin ən çox yoluxma halının qeydə alındığı mərkəzi Çaoyanq rayonunda müəssisələrdən ofislərdə işçilərin sayını azaltmaq, biznes və maliyyə mərkəzi Quomao rayonunda isə işçi sayının 5 faizə endirilməsi istənilib.

Ən sərfəli kredit üçün müraciət et

Bugündən etibarən isə Pekinə şəhər xaricindən gələcəklərdən paytaxta gəldikdən sonra 3 gün ərzində Kovid testindən keçmələri tələb olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et