"Paşa Sığorta"nın yığımları 36%-dən çox artıb | Banco.az

"Paşa Sığorta"nın yığımları 36%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Paşa Sığorta" şirkətinin hesabına ötən ilin 11 ayında 265 milyon 495 min manat sığorta haqqı yığılıb.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında qeyd edilib.

Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 70 milyon 952 min manat və ya 36,5% çoxdur. 

Hesabat dövründə şirkətin sığorta ödənişləri isə illik müqayisədə 26 milyon 516 min manat və ya 42,1% artaraq 89 milyon 526 min manata çatıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr aylarında şirkətin yığımları 194,5 milyon manat, ödənişləri isə 63,1 milyon manat məbləğində olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et