"PAŞA Bank"ın aktivləri 5 milyard manata yaxınlaşacaq - PROQNOZ | Banco.az

"PAŞA Bank"ın aktivləri 5 milyard manata yaxınlaşacaq - PROQNOZ

“2018-ci ilin sonunda “PAŞA Bank” qrupunun konsolidə edilmiş cəmi aktivlərinin 4,6-4,7 milyard manat civarında olacağını güman edirik.

Bunu keçirilmiş mətbuat konfransında  “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı  Bəhruz Nağıyev bildirib.

Bankın Baş Maliyyə İnzibatçısının sözlərinə görə, müştərilərdən əlavə cəlbetmə hesabına aktivlərin artacağı gözlənilir: “PAŞA Bank”ın Gürcüstan və Türkiyədəki törəmə banklarının aktivlərinin təxminin hazırkı səviyyədə qalacağını, “PAŞA Bank Azərbaycan”ın aktivlərinin isə 100 milyon manat civarında artacağını gözləyirik. PAŞA Bank Azərbaycanın kredit portfelinin də təxminən 100 milyon manat artaraq 1.2 milyard manatdan 1.3 milyard manata qalxacağını ehtimal edirik”.  

Ən sərfəli kredit üçün müraciət et

 30 İyun 2018-ci il tarixinə "PAŞA Bank"ın konsolidə edilmiş balansına görə, qrupun cəmi aktivləri 4 milyard 470 milyon manat təşkil edib.

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et