Paşa Bank xalis mənfəətini 58% artırıb! | Banco.az

Paşa Bank xalis mənfəətini 58% artırıb!

2018-ci ilin ikinci rübü üzrə Paşa Bankın aktivlərinin həcmi 3 mlrd 901 mln 761 min təşkil edir. Bu isə keçən rübdən 5% çoxdur, belə ki, bu rəqəm keçən rüb 3 mlrd 707 mln 849 min olub. Kredit portfeli isə 6%  yəni, 977 mln 875 mindən, 1 mlrd 37 mln 236 minə yüksəlib. 

Öhdəlikləri isə 3 mlrd 298 mln 728 mindən, 3 mlrd 538 mln 403 minə yüksələrək, 7% artıb. Uyğun olaraq depozitlərinin həcmi 2 mlrd 976 mln 12 mindən 3 mlrd 253 mln 678 minə yüksələrək 9% artım əldə edib.

Ən sərfəli kredit üçün müraciət et

Kapitalını 11% yəni, 409 mln 12 mindən, 363 mln 358 minə azaldıb, bilavasitə məcmu kapitalı  da 256 mln 21 mindən 219 mln 573 minə düşərək 14% azaldıb.

Xalis mənfəəti isə 6 mln 532 mindən, 15 mln 630 minə yüksələrək 58% artıb.

Ən sərfəli krediti almaq üçün müraciət et