Müəllif: Gülnar Əhmədli, Banco.az
PAŞA Bank-ın xalis mənfəəti cari ilin 1 aprel tarixinə (yanvar-mart ayları) 51 milyon 123 min manat təşkil edib. Bu, illik müqayisədə 8 milyon 892 min (21%) manat çoxdur. Bank 2023-cü ilin ilk rübünü 42 milyon 231 min manat xalis mənfəətlə başa vurmuşdu.
Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2024-cü ilin martın sonuna PAŞA Bank-ın aktivləri illik müqayisədə 54 milyon 328 min manat və ya 0,6% artaraq 8 milyard 747 milyon 364 min manata yüksəlib.
İlk rübdə PAŞA Bank-ın kredit portfeli 3 milyard 64 milyon 114 min manat təşkil edib ki, bu da illik 310 milyon 323 min manat (11,3%) artım deməkdir.
Hesabat dövrünə bankın depozit portfeli isə 6 milyard 958 milyon 965 min manat olub. Bunun da 1 milyard 679 milyon 216 min manatını fiziki şəxslərin depozitləri, 5 milyard 279 milyon 749 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!