​​​​​​​Parlament “Kosmik fəaliyyət haqqında” qanunu qəbul edib | Banco.az

​​​​​​​Parlament “Kosmik fəaliyyət haqqında” qanunu qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında “Kosmik fəaliyyət haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

6 fəsil, 24 maddədən ibarət olan qanun Azərbaycan Respublikasında kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyəcək.

Qanun dərc edildiyi gündən 60 gün sonra qüvvəyə minəcək.

Apa

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et