Pandemiya Nyu-York Birjasında əsas indeksləri ucuzlaşdırdı | Banco.az

Pandemiya Nyu-York Birjasında əsas indeksləri ucuzlaşdırdı

Yeni növ koronavirus infeksiyasının sürətlə yayılması investorlarda gərginlik yaradıb. Nəticədə Nyu-York Fond Birjasında (NYSE) keçirilən hərracda əsas indekslər sürətlə ucuzlaşıb.

Hərracın sonunda “Dow Jones” Sənaye İndeksi 344,93 bənd (-1,16%) enişlə 29 438,42 bəndə, ABŞ-ın 500 ən iri şirkətini əhatə edən “S&P 500” indeksi də 41,74 bənd (-1,16%) azalma ilə 3 567,79 bəndə geriləyib.

“Nasdaq” Texnologiya İndeksi də 97,74 bənd (-0,82%)geriləyərək 11 801,60 bəndə düşüb.

Bundan başqa, “WTI” markalı yüngül neftin dekabr fyuçerslərinin qiyməti 0,70 faiz ucuzlaşaraq 41,71 ABŞ dolları təşkil edib. Sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,82% ucuzlaşaraq 1 869,70 ABŞ dollarına ticarət olunub.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et