Pandemiya dövründə birdəfəlik ödəmənin şəxsə ünvanlanması qeyri-qanuni ödəmələrə səbəb olub | Banco.az

Pandemiya dövründə birdəfəlik ödəmənin şəxsə ünvanlanması qeyri-qanuni ödəmələrə səbəb olub

Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar birdəfəlik ödəmənin ailələrə deyil, yalnız işsiz kimi qeydiyyata alınmış şəxsə ünvanlanması bu hüququn formalaşdırılması zamanı ailə gəlirlərinin nəzərə alınmamasına səbəb olub.

Hesablama Palatasının “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata verdiyi rəydə qeyd olunub ki, “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən, birdəfəlik ödəminin ünvanlılığı ailəyə deyil, konkret fərdə, yəni işsiz kimi qeydiyyata alınmış şəxsə aid edilib.

Eyni zamanda qaydada ailə üzvləri deyərkən, əsasən, ər və ya arvad nəzərdə tutulub, yalnız ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinin birdəfəlik ödəmə almaq hüquqlarının olmadığı qeyd edilib, digər hallarda isə yaşı 18-dən yuxarı olan ailənin digər üzvlərinin mövcud şərtlər daxilində işsiz kimi qeydiyyata alınmaqla ödəmə ilə təmin hüququnun olduğu qeyd edilib.

Lakin fəaliyyətin təşkili zamanı ödəmə üçün müraciət etmiş şəxsin birgə yaşadığı ailənin ümumi gəlirlərinin nəzərə alınmaması ailənin ümumi gəlirlərinin ailə üzvlərinin sayına nisbəti əsasında müəyyən edilən və hər bir ailə üzvünə düşən gəlirin ölkə üzrə müəyyən edilmiş yaşayış minimumdan çox olması hallarında da müraciət etmiş və işsiz kimi qeydiyyata alınmış şəxslərin ödəmə ilə təmin olunmasına əsas verib. 

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et