Pakistan BVF şərtlərinə uyğun olaraq qənaət tədbirlərini açıqlayıb | Banco.az

Pakistan BVF şərtlərinə uyğun olaraq qənaət tədbirlərini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Pakistan 765 milyon dollarlıq qənaət tədbirləri planını açıqlayıb.

Banco.az xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif Beynəlxalq Valyuta Fondunun (BVF) şərtlərinə uyğun olaraq hər il təxminən 765 milyon dollar qənaət planını ehtiva edən tədbirləri ictimaiyyətlə bölüşüb.

Baş nazir paytaxt İslamabadda hökumətin hər il təxminən 765 milyon dollar qənaət etmək üçün gördüyü tədbirlərlə bağlı açıqlamalar verib.

Şərif sğzügedən tədbirlər çərçivəsində bütün nazirlərin, dövlət katiblərinin, müşavirlərin və xüsusi köməkçilərin könüllü olaraq maaşlarını almamaq qərarına gəldiyini açıqlayıb, ancaq bunun nə qədər vaxt davam edəcəyini dəqiqləşdirməyib.

Bütün nazirlərin elektrik, telefon, su və təbii qaz pullarını öz imkanları ilə ödəyəcəklərini vurğulayan Baş nazir bütün lüks avtomobillərin Nazirlər Kabinetinin üzvlərindən alınaraq hərrac yolu ilə satılacağını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Şərif həmçinin bəyan edib ki, hökumət rəsmiləri ölkədaxili və beynəlxalq səfərlərdə ekonom sinifə müraciət edəcək, xüsusi müşavirlər isə rəsmi səfərlərə yollanmayacaq.

Xatırladaq ki, Pakistan və BVF arasında 1,17 milyard dollarlıq kreditin ayrılması ilə bağlı danışıqlar davam edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et