Övladlarına miras qoymağı düşünməyən 5 milyonçu | Banco.az

Övladlarına miras qoymağı düşünməyən 5 milyonçu

Övladlarına daha rahat bir həyat təmin etmək üçün onlara maddi köməklik göstərmək demək olar ki, hər bir valideynin istəyidir. Bugünkü məqaləmizdə bəhs edəcəyimiz milyonçuların isə ağlında fərqli planlar var.

1. Warren Buffet

Milyarder sahibkar Warren Buffet 2006 – cı ildə Nyu Yorkda baş tutan bir tədbirdə gələcəyə dair planlarından bəhs etmişdi. Buffet, 6 milyarddan çox kasıb insanın yaşadığı bu dünyada insanların miras yolu ilə varlanmasını düzgün hesab etmir. O, sərvətinin 85% - ni 5 fərqli xeyriyyə cəmiyyətinə ianə verəcəyini açıqlamışdı. Geriyə qalan 15% - nin bir qismi övladlarına veriləcək, ancaq Buffet onları mirasa meyl etməmələri üçün düzgün tərbiyə etdiyini bildirir.

Həmçinin oxu: Warren Buffet-ın biznesində etdiyi 4 səhv

2. Bill Qeyts

Microsoft şirkətinin qurucusu Bill Qeyts üç uşağından hər birinə 10 milyon dollar miras qoymağa qərar verib. Bu rəqəmin çox böyük məbləğ olduğunu düşünə bilərsiniz, ancaq qeyd edək ki, Bill Qeytsin şəxsi sərvəti 80 milyard dollardan çoxdur. 2013 – cü ildə verdiyi müsahibələrin birində Qeyts bildirmişdi ki, övladlarına böyük məbləğdə miras qoymaq əslində, onlara yaxşılıq etmək deyil.

Həmçinin oxu: Bill Qeyts və Varren Baffet - in heç kimə məlum olmayan ilk biznesləri

3. Corc Lukas

Ən sərfəli kredit üçün müraciət et

“Star Wars” – un haqlarını 2012 – ci ildə “Disney” şirkətinə satdığı zaman böyük məbləğdə pul qazanan Amerikanın məşhur rejissoru Corc Lukas 4.5 milyard dollarlıq sərvətini 4 övladı arasında bölüşdürməyəcəyini açıqlamışdı. 2010 – cu ildə Warren Buffet – ın qurduğu xeyriyyə platformasına qatılan LuKas bununla ölümünə qədər sərvətinin ən az 50% - ni ehtiyacı olanlara ianə verəcəyinə söz vermiş oldu.

4. Mark Zuckerberg

Hazırda 32 yaşında olan “Facebook” şirkətinin qurucusu Mark Zuckerberg sərvətini uşaqlarına miras qoymayacaq ən gənc milyonçulardandır. O və həyat yoldaşı Priscilla Chen qızları Max – ın doğulduğu günlərdə sahib olduqları şirkət hissələrinin 99% - ni yardım qurumlarına ianə verməyi düşündüklərini açıqlamışdılar. Təxminlərə görə, bu məbləğ 50 milyard dollara bərabərdir. İanələr əsasən təhsil və uşaq xəstəliklərinin müalicəsi üçün çalışan müəssisə və şəxslərə veriləcəyi düşünülür.

Həmçinin oxu: Facebook milyonçusu Sean Parkerin dəlisov həyat hekayəsi

5. Stinq

Övladlarına sahib olduğu sərvətin sadəcə çox kiçik bir hissəsini miras qoyacaq məşhurlar arasında musiqiçi Stinq də var. Təqribən 300 milyon dollar həcmində bir sərvəti olan məşhur sənətçi verdiyi bir müsahibədə belə demişdi: “Övladlarıma çox miras qalmayacağını onlara demişəm, çünki qazandığımız pulları xərcləyirik. Bir çox yerə kömək edirik. Qazandığımız pulu xeyriyyə kampaniyalarına xərclədiyimiz üçün geriyə böyük məbləğdə pul qalmır. Övladlarıma miras qoymamağımın bir digər səbəbi də onların işləməli olduqlarını bilmələridir. Təbii ki, hər hansı bir problemlə üzləşdiklərini görsəm, onlara kömək edərəm, ancaq indiyə qədər bunu etməli olmamışam.”

Həmçinin oxu: Dünyanın ən varlı qadınlarını tanıyırsınızmı?

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et