Müəllif: Tamara Mustafayeva, Banco.az
Ötən il Türkiyə banklarının mənfəəti 366 faiz artıb, gəlirlilik inflyasiyadan aşağı qalıb.
Banco.az xəbər verir ki, 2022-ci ildə Türkiyənin bankçılıq sektorunun mənfəəti bu vaxta qədərki ən yüksək səviyyəyə çatıb.
Bank Tənzimləmə və Nəzarət Təşkilatının (BDDK) məlumatlarına görə, sektorda fəaliyyət göstərən bankların cəmi xalis mənfəəti 2022-ci il ərzində 366 faiz artaraq 433,5 milyard TL-yə çatıb.
Qeyd edək ki, 2021-ci ildə xalis mənfəət məbləği 58,5 milyard TL qeydə alınmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!