Ötən il “Mercedes-Benz” və “BMW” avtomobillərinin satışı azalıb | Banco.az

Ötən il “Mercedes-Benz” və “BMW” avtomobillərinin satışı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aparıcı alman avtomobil brendlərinin satış həcmi azalıb.

Banco.az xəbər verir ki, alman avtomobil istehsalçısı “Mercedes-Benz”in satış həcmi  ötən il Kovid-19 məhdudiyyətləri, yarımkeçiricilər və logistika çatışmazlığı səbəbindən 1 faiz azalıb.

“Mercedes-Benz”dən verilən açıqlamaya görə, şirkətin avtomobil satışları keçən il 2021-ci ilə nisbətən 1 faiz azalaraq 2 milyon 55 minə düşüb.

Alman avtomobil istehsalçısının ən böyük bazarı hesab edilən Çində satış həcmi 1 faiz azalaraq 751 min 700 ədədə düşərkən, Avropadakı satışlarının 1 faiz artaraq 635 minə çatması diqqət çəkib. ABŞ-dakı satışlar isə 4 faiz artaraq 286 min 600 ədədə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Almaniyanın digər aparıcı avtomobil istehsalçısı “BMW”nin də satışları 2022-ci ildə əvvəlki illə müqayisədə 4,8 faiz azalaraq 2,44 milyona düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et