Ötən il bu ölkədə startaplara investisiyalar kəskin şəkildə azalıb | Banco.az

Ötən il bu ölkədə startaplara investisiyalar kəskin şəkildə azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

2023-cü ildə Almaniyada startaplara investisiyalar kəskin şəkildə azalıb.

Banco.az xəbər verir ki, Almaniyada startap layihələrə qoyulan investisiyalar keçən il 2021-ci illə müqayisədə 43 faiz azalaraq 9,9 milyard avroya düşüb.

Bu barədə audit və konsaltinq şirkəti “EY” Almaniyadakı startap investisiyalarına dair hesabatında qeyd edib.

Hesabata görə, ötən il ölkədə yeni və ya gənc sahibkarlar tərəfindən təsis edilən startapların topladığı investisiya həcmi 2021-ci illə müqayisədə 43 faiz azalaraq 9,9 milyard avroya geriləyib. 2022-ci ildə investisiya əməliyyatlarının sayı isə 13 faiz azalaraq 1008 olaraq qeydə alınıb.

Xatırladaq ki, Almaniyada startaplar Kovid-19 pandemiyası dövründə valyutanın ucuzluğundan və rəqəmsallaşmanın sürətlənməsindən istifadə edərək sürətlə böyüyərkən, 2021-ci ildə ümumilikdə 17,4 milyard avro investisiya əldə etmişdilər.

Ən sərfəli kredit üçün müraciət et

İnvestorlar keçən il isə artan faiz dərəcələri, Rusiya-Ukrayna müharibəsi və iqtisadiyyatı əhatə edən qeyri-müəyyənlik səbəbindən maliyyəyə çıxışda çətinlik çəkiblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et