Ötən ay qlobal neft hasilatı artıb | Banco.az

Ötən ay qlobal neft hasilatı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Oktyabr ayında qlobal neft hasilatında artım müşahidə olunub.

Banco.az xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) qlobal neft hasilatının oktyabr ayında əvvəlki ayla müqayisədə gündəlik təxminən 700 min barel artaraq demək olar ki, 101 milyon 500 min barelə çatdığını açıqlayıb.

“OPEC”in neft bazarının aylıq hesabatına görə, qrupun gündəlik xam neft hasilatı isə oktyabr ayında əvvəlki aya nəzərən 210 min barel azalaraq 29 milyon 490 min barel olub. Qurumun qlobal neft hasilatındakı payı da 29,1 faiz olaraq qeydə alınıb.

Qeyd edək ki, sözügedən dövrdə “OPEC” ölkələri arasında xam neft hasilatı ən çox Nigeriya və İraqda artım göstərib, ən çox azalmanın müşahidə olunduğu ölkələr isə Səudiyyə Ərəbistanı və Anqola olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et