Ötən ay Çində iqtisadi aktivlik zəifləyib | Banco.az

Ötən ay Çində iqtisadi aktivlik zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Oktyabr ayında Çinin iqtisadi aktivlik sürətində zəifləmə qeydə alınıb.

Banco.az xəbər verir ki, çərşənbə axşamı Çin Milli Statistika Bürosunun açıqladığı məlumatlara görə, ölkədə iqtisadi aktivlik göstəriciləri ötən ay proqnozlardan geri qalıb və bu, sentyabr ayı ilə müqayisədə tempin zəifləməsinə işarə edib.

Sözügedən məlumatlara görə, Çində daxili tələbi ölçən pərakəndə satışlar oktyabr ayında bir il əvvələ nəzərən 0,5 faiz azalıb. Bu, may ayından bəri qeydə alınan ilk geriləmə olub. Ekspertlər isə oktyabrda 0,7 faiz artım gözləyirdilər.

Ötən ay Çinin sənaye istehsalında da artım tempi zəifləyib. Belə ki, oktyabrda istehsal əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz artıb ki, sentyabrda istehsalın illik artımı 6,3 faiz idi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et