OPEC qlobal neft tələbatı üzrə proqnozunu artırıb | Banco.az

OPEC qlobal neft tələbatı üzrə proqnozunu artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2023-cü il üçün gündəlik qlobal neft tələbi ilə bağlı proqnozunu artırıb.

Banco.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Hesabata görə, bu il qlobal gündəlik neft tələbinin 102 milyon barel olacağı gözlənilir. Bu da əvvəlki proqnozla müqayisədə 0,09 milyon barel çoxdur. OPEC gələn il üçün isə qlobal neft tələbatının 104,25 mln. barel səviyyəsində olacağını proqnozlaşdırır.

Qeyd edək ki, ötən il qlobal gündəlik neft tələbatı 99,57 mln. barel səviyyəsində olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et