OPEC+ ölkələri Vyana sazişinin uzadılması ilə bağlı konsensusa gəlib | Banco.az

OPEC+ ölkələri Vyana sazişinin uzadılması ilə bağlı konsensusa gəlib

OPEC+ ölkələri 2020-ci ilin mart ayının sonuna qədər qüvvədə olan neft hasilatının azaldılması ilə bağlı Vyana sazişinin müddətinin uzadılmasıyla əlaqədar konsensusa gəlib.

Bu barədə jurnalistlərə Omanın neft və qaz naziri Məhəmməd bin Həməd ər-Rumhi məlumat verib.

"Mənə elə gəlir ki, sazişin müddətinin uzadılması ilə bağlı konsensus əldə olunub" deyən nazir sazişin 2020-ci ilin dekabr ayına qədər uzadılmasının məqsədəuyğun olacağını bildirib. 

O, sözlərini belə əsaslandırıb: "2020-ci ilin noyabr ayında ABŞ-da prezident seçkiləri olacaq. ABŞ-ın Çinlə ticarət üzrə siyasəti bazara təsir edəcək. Noyabrda bu sahədə yeni siyasətin olub-olmayacağını biləcəyik deyə, dekabrda işimiz asanlaşacaq. Müddəti 2021-ci ilin mart ayına qədər də uzada bilərik, buna qarşı deyiləm".

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, OPEC+ ölkələri 2017-ci ildən bəri hasilatı razılaşdırılmış şəkildə idarə edir. İyulda keçirilən iclasda neft hasilatının 2018-ci ilin oktyabr ayının səviyyəsinə nisbətən gündəlik 1,2 milyon barel azaldılması barədə sazişin müddəti 2020-ci il mart ayının sonuna qədər artırılıb.

OPEC+in növbəti iclası dekabrın əvvəlində keçiriləcək.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et