Ölkənin bank sektorunun xalis mənfəəti 724 mln. manatı ötüb | Banco.az

Ölkənin bank sektorunun xalis mənfəəti 724 mln. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları 2023-cü ilin yanvar-avqust aylarında 724.2 mln. manat xalis mənfəət, 1,064 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 23% və 25% artıb.

Məlumata görə, 2023-cü ilin 8 ayında banklar tərəfindən 187.4 mln. manat məbləğində mənfəət vergisi ödənilib. Bu da illik müqayisədə 38% və ya 51.7 mln. manat çoxdur. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et