Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 37% artıb | Banco.az

Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 37% artıb

2024-cü ilin yanvar ayında əsas kapitala 1553,0 milyon manat məbləğində, yaxud əvvəlki ilin yanvar ayı ilə müqayisədə 37,4 faiz çox vəsait yönəldilib.

Banco.az Statistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 44,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 34,1 faiz artıb.

İstifadə olunmuş vəsaitin 707,3 milyon manatı və ya 45,5 faizi məhsul istehsalı sahələrinə, 782,6 milyon manatı (50,4 faizi) xidmət sahələrinə, 63,1 milyon manatı (4,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 1284,3 milyon manatını və ya 82,7 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1167,7 milyon manatı və ya 75,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et