Ölkə əhalisi ərzağa 26 mlrd. manatdan çox pul xərcləyib | Banco.az

Ölkə əhalisi ərzağa 26 mlrd. manatdan çox pul xərcləyib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan əhalisi bu ilin yanvar-noyabr aylarında ərzaq məhsullarına 26 milyard 499 milyon manat vəsait xərcləyib. 

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% çoxdur. 

Məlumata görə, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 459,2 manatlıq, o cümlədən 256,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 202,4 manatlıq qeyri-ərzaq malları alıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et