Ölkə banklarının faiz gəlirləri 2 dəfə artıb | Banco.az

Ölkə banklarının faiz gəlirləri 2 dəfə artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin mart ayının əvvəlinə Azərbaycan bankları 641.7 milyon manat faiz gəlirləri əldə ediblər. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 1 ay əvvələ nisbətən 1.9 dəfə, 2023-ci ilin eyni dövrü ilə müqayisədə isə 16,8% çoxdur.  

Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği bu ilin yanvar ayının əvvəlində 3 milyard 492 milyon manata, fevral ayının əvvəlində isə 321 milyon manata bərabər olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bu dövrdə kreditlər üzrə faiz gəlirləri isə 482.2 milyon manat təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et