Noyabr ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb | Banco.az

Noyabr ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb

30 noyabr 2017-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri26,393.9mln. manat, cəmi öhdəlikləri isə 23,255mln.manat təşkil etmişdir. Sektorun balans kapitalı 3,138.9mln. manat, əhalinin əmanətləri isə 7,346.6 mln.manat olmuşdur.Noyabr ayında əhalinin əmanətləri 1.3% və ya 96.4 mln. manat artmışdır.

Fəaliyyət göstərən 31 bankın filiallarının sayı 547, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,460 olmuşdur. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,629nəfər təşkil etmişdir. Banklar tərəfindən xərclərin optimallaşdırılması strategiyası çərçivəsində filial şəbəkəsinin daralması fonunda noyabr ayı ərzində bank sektorunda çalışan işçilərin sayında 1% və ya 159 nəfər artım olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

30noyabr 2017-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapmışdır.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az[email protected] ünvanına müraciət edə bilərlər. 

Ən sərfəli krediti almaq üçün müraciət et