Nikoil Bank hesabatını açıqladı: ZƏRƏRDƏDİR | Banco.az

Nikoil Bank hesabatını açıqladı: ZƏRƏRDƏDİR

Nikoil Bank 2017-ci ilin 3-cü rübünə olan maliyyə hesabatlarını açıqlayıb.

Belə ki, sözügedən dövrdə bankın cəmi aktivləri 410,684 mln. manat, cəmi öhdəlikləri isə 369,481 mln. manat  təşkil edib. Qeyd edək ki, cari ilin 2-ci rüb göstəricilərində bu rəqəmlər uyğun olaraq 413,210 mln. manat və 371,325 manat olub.

2017-ci ilin sentyabr ayına Bankın kredit portfeli 292,125 mln. manat, depozit portfeli isə 229,023 mln. manat həcmində olub.

Bankın cəmi kapitalı 41,203 mln. manat olub.

Cari ilin 3-cü rübündə bank mənfəətdən zərərə keçib.

Belə ki, 2017-ci ilin iyun göstəricilərində bank 580 min manat mənfəətdə olduğu halda, sentyabr göstəricilərində 140 min manat zərərdə olub.

Bankın "Mənfəət və zərər" hesabatında faiz gəlirləri 50,195 mln. manat, faiz xərcləri 15,174 mln. manat, qeyri-faiz gəlirləri 1,195 mln, qeyri-faiz xərcləri 14,654 mln. manat, Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) isə 21,689 mln. manat olub.

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç