“Nike”-dan məhsullarını yandıranlara QEYRİ-ADİ reaksiya | Banco.az

“Nike”-dan məhsullarını yandıranlara QEYRİ-ADİ reaksiya

Amerikada “Nike” firmasının məhsulları kütləvi şəkildə yandırılır. Səbəb isə firmanın məşhur idmançı Colin Kaepernick ilə müqavilə bağlamasıdır.

ABŞ–ın ən böyük idman geyim markalarından biri olan “Nike” firmasının yeni reklam kampaniyasının siması olaraq ABŞ Milli Futbol Liqası (NFL) keçmiş oyunçusu Colin Kaepernicki seçməsindən sonra markaya qarşı etirazlar yüksəldi.

Colin Kaepernick NFL matçlarından əvvəl ənənəvi olaraq oxunulan milli himn zamanı ayağa qalxmayıb diz üstə çökərək ABŞ –da qara dərililərə qarşı irqçilik və polis zorakılığına qarşı öz etirazını ifadə etmişdi. Daha sonra o, milli himn oxunarkən ayağa qalxmayan ilk idmançı olduğu üçün komandadan uzaqlaşdırılmışdı. Bir müddətdir idman karyerasına fasilə verən Kaepernickin “Nike” firmasının yeni reklam kampaniyasında iştirakına etiraz edən insanlar markanın məhsullarını yandıraraq və bunu sosial media vasitəsilə paylaşaraq öz etirazlarını göstərməyə başladılar.

Nike Burn

Bu vəziyyət Amerikanı, hətta sosial medianı ikiyə bölüb desək yalan olmaz.

Ən sərfəli kredit üçün müraciət et

Mühafizəkar amerikalılar  və Trampın havadarları tərəfindən “Nike” firmasına qarşı boykot kampaniyaları başladılıb.

“Nike” firmasını seçiminə görə qınayan və məhsullarını yandıran insanlar isə ölkələri ilə “Nike” arasında seçim etmələrinin vacib olduğunu və öz ölkələrini seçdiklərini bildirirlər.

“Nike” isə öz qərarının arxasında durduğunu göstərən növbəti addımı atdı, məhsullarını yandıranlara əhəmiyyət vermədiyini bir paylaşımla göstərdi.

Nike, “Məhsullarımızı təhlükəsiz şəkildə necə yandıra bilərsiniz” başlığı ilə bir növ təlimat xarakterli paylaşımında məhsullarının açıq havada yandırılmasının zəruri olması, məshullar yanıb qutardıqdan sonra atəşin su ilə söndürməli olması kimi nüansları qeyd edib.

Həmçinin oxu: İki qardaşın düşmənçiliyinin nəticəsi: Adidas və Puma

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et