Nigeriyada ilk kommersiya yönümlü neft və qaz hasilatı başlayıb | Banco.az

Nigeriyada ilk kommersiya yönümlü neft və qaz hasilatı başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Afrika qitəsinin neft və qazla zəngin ölkəsi Nigeriya ölkənin şimalında ilk kommersiya yönümlü neft və təbii qaz hasilatını başladıb.

Banco.az xəbər verir ki, Nigeriya Prezidenti Məhəmməd Buxari ölkənin şimalındakı Bauçi-Qombe əyalətlərində Kolmani çayında aşkar edilən xam neft və qaz yataqlarının istifadəsi üçün inşa edilmiş obyektin açılışını edib.

Açılışdakı çıxışı zamanı Buxari Kolmani çayında neft kəşfiyyatı fəaliyyətlərinin artıq 3 milyard dollardan çox birbaşa xarici investisiya cəlb etdiyini bildirib.

Ekspertlərin fikrincə, Kolmani çayındakı neft yatağı gündə təxminən 50 min barel xam neft hasil etməyə başlayacaq və bir milyard bareldən çox xam neft ehtiyatına malik olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et