“Netflix” yeni funksiyanı işə salıb | Banco.az

“Netflix” yeni funksiyanı işə salıb

Striminq xidməti olan “Netflix” ikiqat bəyənmə funksiyasını işə salıb.

Bu, platformanın gələcəkdə istifadəçilərə daha keyfiyyətli tövsiyələr verməsini təmin etmək üçün nəzərdə tutulub.

İstifadəçi ikiqat bəyənmə basanda sistem dərhal ona bənzər filmlər tövsiyə edəcək, məsələn, eyni aktyorla. İkiqat bəyənmə düyməsi adi bəyənmə və bəyənməmə düymələrinin yanında yerləşir. Bu funksiya TV, Android və iOS-da mövcuddur.

Xatırladaq ki, martın 6-sı “Netflix” Rusiyada fəaliyyətini dayandırıb. Bundan əlavə, Şirkət Rusiyanın bir çox layihələri üzərində işi təxirə salıb.

ted.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et