Neftin qiymətinin daha da bahalaşacağı proqnozlaşdırılır | Banco.az

Neftin qiymətinin daha da bahalaşacağı proqnozlaşdırılır

Tamara Mustafayeva, Banco.az

Neftin qiyməti üzrə proqrozlar artırılır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Amerikanın transmilli investisiya bankı "Morgan Stanley" Rusiyadan qaynaqlanan tədarük çatışmazlığının artma ehtimalına diqqət çəkərək Brent markalı neftin ilin üçüncü və dördüncü rübü üzrə qiymət proqnozunu hər biri 10 dollar olmaqla artıraraq müvafiq olaraq 130 və 120 dollara yüksəldib.

Dünya bazarlarında neftin qiymətinin Çindəki tələb analizlərinin təsirindən həftəlik əsasda geriləməyə hazırlaşdığı bir vaxtda Ukrayna-Rusiya müharibəsi səbəbindən proqnozlarda artım müşahidə edilir.

Qeyd edək ki, bu həftə Çindən gələn qiymətlərə görə ABŞ xam nefti 4%-ə yaxın ucuzlaşmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et