Neftin qiyməti ucuzlaşmaqda davam edir | Banco.az

Neftin qiyməti ucuzlaşmaqda davam edir

Tamara Mustafayeva, Banco.az

Neft bazarlarında "Bayden-Şi danışıqları"nın təsiri hökm sürür.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft qiymətləri investorlar tərəfindən Bayden hökumətinin Çin kimi dövlətlərlə koordinasiyalı olaraq strateji əhəmiyyətli xam neft ehtiyatlarını dövriyyəyə buraxması ehtimalı və ABŞ xam neft ehtiyatlarına dair göstəricilərin dəyərləndirilməsi fonunda ucuzlaşıb.

ABŞ xam neftinin (WTI) dekabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,8% dəyər itirməklə hazırda bir bareli 80.11 dollara ticarət edilir.

Brent markalı neftin yanvar fyuçersi isə London əmtəə birjasında 0,9% ucuzlaşaraq bir bareli 81.71 dollara geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et