Neftin qiyməti bahalaşıb | Banco.az

Neftin qiyməti bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri həm Çindən gələn xəbərlər, həm də ABŞ-dakı soyuq hava ilə əlaqədar bahalaşıb.

Banco.az xəbər verir ki, ABŞ-da havaların soyuması ölkədə enerji istehsalını dayandırıb. Çinin isə ölkəyə daxil olanlar üçün karantin öhdəliyini götürməsi də neft tələbi proqnozuna təsir edən başlıca amillərdən olub. Odur ki, bu hadisələr fonunda dünya bazarlarında neftin yuxarı istiqamətli hərəkəti müşahidə olunur.

Brent neftinin bir bareli 84 dolları, ABŞ xam neftinin bir bareli isə 81 dolları keçib.

Xatırladaq ki, Rusiyanın sanksiyalara cavab olaraq hasilatı gündəlik 700 min barel azaldacağı xəbərdarlığı ilə xam neft ötən həftə 7 faizdən çox bahalaşmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et