Neft yenidən bahalaşmağa başlayıb | Banco.az

Neft yenidən bahalaşmağa başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neftin qiyməti ABŞ-ın borc böhranının həlli və Çin məlumatları ilə bahalaşmağa başlayıb.

Banco.az xəbər verir ki, ABŞ-ın borc razılaşmasında əldə olunan irəliləyiş və Çində fabrik-zavod fəaliyyətinin yaxşılaşması ilə tələb mənzərəsinə dair narahatlıqlar azaldığı üçün neft qiymətləri bahalaşıb.

ABŞ xam nefti əvvəlki iki seansda təxminən 6 faiz dəyər itirdikdən sonra bir bareli 68 dolları keçib.

Brent markalı neftin bir bareli isə 72,93 dollara satılır.

Qeyd edək ki, hazırda investorlar hasilat siyasətini müzakirə etmək üçün həftə sonu Vyanada toplaşacaq OPEC+ üzvlərinin iclasını maraqla gözləyirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et