Neft qiymətlərində ötən 3 ayın ən aşağı həftəlik göstəricisi müşahidə olunur | Banco.az

Neft qiymətlərində ötən 3 ayın ən aşağı həftəlik göstəricisi müşahidə olunur

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri bu həftəni dəyər itkisi ilə başa vurmağa hazırlaşır.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti OPEC-də Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri arasındakı fikir ayrılıqları və delta ştammına dair narahatlıqlar fonunda bu ilin aprel ayından bəri müşahidə olunan ən pis həftəlik göstəriciyə malikdir.

Brent markalı neftin sentyabr fyuçersi London əmtəə birjasında hazırda bir bareli 74.08 dollara icra edilir.

ABŞ xam neftinin (WTI) avqust fyuçersi isə Nyu-York əmtəə birjasında (Nymex) bir bareli 72.96 dollar səviyyəsində stabilliyini saxlayır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et