Neft qiymətləri ucuzlaşmağa davam edir | Banco.az

Neft qiymətləri ucuzlaşmağa davam edir

Neft qiymətləri davam edən tədarük riski ilə birlikdə üst-üstə altıncı həftəni də itki ilə keçirməyə meyllidir.

Banco.az xarici mətbuata istinadla bildirir ki, neft qiymətləri tədarük bolluğu ilə bağlı narahatlıqların davam edərək qiymətlər üzərində təzyiq yaratması ilə birlikdə artıq altıncı həftədir ki, düşməyə davam edir və hazırda neftin bir bareli 57 dollardan aşağıdır.

Nyu York əmtəə birjasında neftin fyuçersi 0.5% yüksələrək ümumilikdə həftə üzrə 5.7% itki yaşayıb. ABŞ – da cümə axşamı açıqlanan rəsmi məlumatlar xam neft ehtiyatlarının ötən həftə 21 ayın ən böyük yüksəlişini reallaşdırdığını və hasilatın rekord həddə çatdığını göstərir. Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) tələbin aşağı düşməkdə olduğunu bildirməsi ilə birlikdə qrup və ortaqlarının Amerika prezidenti Donald Trampın tənqidlərinə qarşı hasilatı gözləniləndən daha çox azaltmağı dəyərləndirdiyi qeyd edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bakı vaxtı ilə səhər saat 08:29 – da Nyu York əmtəə birjasında ABŞ xam neftinin (WTI ) dekabr fyuçersi 30 sent yüksələrək bir bareli 56.76 dollara qalxıb. Fyuçers cümə axşamı 21 sent yüksələrək 54.46 dollardan bağlanmışdı.

“Brent” markalı neftin yanvar fyuçersi 42 sent yüksələrək bir bareli 67.04 dollara qalxıb. Fyuçers bu həftə 4.5% geriləyib. 

Həmçinin oxu“Neftin qiyməti 50 dollardan aşağı düşə bilər”

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et