Neft qiymətləri kəskin bahalaşıb | Banco.az

Neft qiymətləri kəskin bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaxın Şərqdə gərginlik artdıqca neft qiymətləri bahalaşmağa başlayıb.

Banco.az xəbər verir ki, Yaxın Şərqdə gərginliyin artmasının ardınca neft qiymətləri 5 faizə qədər bahalaşaraq ötən həftəki itkilərin bir qismini silib.

Müharibə riskinin yenidən bazarlara qayıtması ilə ABŞ xam neftinin bir barelinin qiyməti 86 dolları keçib.

Brent markalı neftin bir barelinin qiyməti isə 4 faiz artaraq 87,95 dollardan alıcı tapıb.

Xatırladaq ki, Brent və ABŞ xam nefti yüksək faiz dərəcələrinin və qlobal artımın yavaşlamasının neft tələbi proqnozuna mənfi təsiri səbəbindən ötən həftə təxminən 10 dollar dəyər itirmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et