Neft qiymətləri bahalaşmaqda davam edir | Banco.az

Neft qiymətləri bahalaşmaqda davam edir

Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti bahalaşmaqda davam edir. 

Banco.az xarici mətbuata istinadla bildirir ki, neftin qiyməti qış aylarının yaxınlaşması və enerji böhranın davam etməsi fonunda yüksəliş dinamikasını davam etdirir.

ABŞ xam neftinin (WTI) noyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 1,6% dəyər qazanmaqla hazırda bir bareli 83.62 dollara satılır.

Brent markalı neftin dekabr fyuçersi isə London əmtəə birjasında 1,2% bahalaşaraq bir bareli 85.91 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et