Neft qiymətləri 5 ayın zirvəsində qərarlaşdı | Banco.az

Neft qiymətləri 5 ayın zirvəsində qərarlaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri qasırğa təhlükəsi ilə 5 ayın zirvəsində qərarlaşıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neft qiymətləri Laura qasırğasının ABŞ Körfəzi sahilində yerləşən əsas neft emalı müəssisələrinə yaxınlaşması və ABŞ-da özəl sektor məlumatlarına görə, enerji tələbinin yaxşılaşmağa doğru getməsi ilə axırıncı 5 ayın zirvəsində qərarlaşıb.

ABŞ xam neftinin (WTI) oktyabr fyuçersi Nyu York əmtəə birjasında (Nymex) Bakı vaxtı ilə 07:51-də stabilliyini saxlayaraq bir bareli 43.35 dollarlıq göstərici ilə 5 mart tarixindən etibarən ən yüksək bağlanışa imza atıb.

Brent markalı neftin oktyabr fyuçersi isə London əmtəə birjasında dünən 1.6% yüksələrək 5 ayın zirvəsində günü tamamladıqdan sonra yenidən 0.3% artımla bir bareli 45.99 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et