Neft qiymətləri 13 ayın maksimumunda davam edir | Banco.az

Neft qiymətləri 13 ayın maksimumunda davam edir

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri axırıncı 13 ayın maksimumunda davam edir.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti ABŞ-dakı soyuq hava dalğasının xam neft istehsalı ilə məşğul olan müəssisələri öz təsiri altına alması səbəbilə axırıncı 13 ayın maksimumuna çatdıqdan sonra bu səviyyədə stabiliyyini saxlayır.

Nyu-York əmtəə birjasında bir barel neftin qiyməti 60 dollar təşkil edir.

ABŞ xam neftinin (WTI) mart fyuçersi Nyu York əmtəə birjasında (Nymex) cüzi dəyişikliklə bir bareli 60.06 dollar səviyyəsində icra edilir.

Brent markalı neftin aprel fyuçersi isə London əmtəə birjasında 0,2% yüksələrək bir bareli 63.45 dollara qədər bahalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et