Neft nəhəngi mavi hidrogen təşəbbüsü həyata keçirəcək | Banco.az

Neft nəhəngi mavi hidrogen təşəbbüsü həyata keçirəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Aramco” mavi hidrogen istehsalı üçün də istifadə məqsədilə ABŞ-ın LNG startapları ilə danışıqlar aparır.

Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” regiondakı rəqiblərinin də sektorda gücləndiyi bir vaxtda qlobal artım üçün yanacaq axtararkən ABŞ-dakı mayeləşdirilmiş təbii qaz (LNG) layihələri üçün şirkətlərlə danışıqlar aparır.

“Aramco” şirkətinin baş direktoru Amin Nasser jurnalistlərə bildirib ki, dünyanın ən böyük xam neft ixracatçısı ABŞ və digər regionlarda bir sıra təşkilatlarla danışıqlar aparır.

Nasser həmçinin qeyd edib ki, şirkət beynəlxalq miqyasda LNG-yə diqqət yetirəcək və Səudiyyə Ərəbistanında qaz hasilatından mavi hidrogen və enerji istehsalı üçün istifadə etməyə çalışacaq.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Aramco”nun bu addımı Abu Dabi Milli Neft Şirkətinin kimyəvi maddələr və qaz sahəsində böyük sövdələşmələrlə qlobal iştirakını artırmağa çalışdığı bir vaxta təsadüf edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et