Neft daha da ucuzlaşdı | Banco.az

Neft daha da ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Neft yeni iş həftəsinə investorların İrandan tədarük gözləntiləri və qlobal iqtisadi artımla bağlı ümumi narahatlıqlar fonunda itkilərlə başlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Brent neftinin fyuçersləri 3 seans dəyər qazancından sonra geriləyib.

ABŞ xam neftinin (WTI) sentyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 1,3% dəyər itirməklə bir bareli 89,63 dollara qədər ucuzlaşıb.

Brent markalı neftin sentyabr fyuçersi isə London əmtəə birjasında 1,2% geriləyərək bir bareli 95.57 dollara düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et