Neft bazarlarında "OPEC-Bayden ziddiyəti" davam edir | Banco.az

Neft bazarlarında "OPEC-Bayden ziddiyəti" davam edir

Tamara Mustafayeva, Banco.az

Neft bazarlarında "OPEC-Bayden ziddiyəti" davam edir.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft bazarları ABŞ prezidenti Co Bayden və OPEC ölkələri arasındakı hasilatın artırılmasına dair fikir ayrılıqlarına fokuslanıb. Bayden qiymətlərin ucuzlaşması üçün OPEC-in hasilatı artırmasınının labüdlüyünü, OPEC isə tələbin hələ də risk faktoru ilə qarşı-qarşıya olduğunu və diqqətli olmağın zəruriliyini iddia edir. Bununla yanaşı, dolların qlobal miqyasda güclənməkdə davam etməsi ilə neft qiymətləri ucuzlaşmağa başlayıb. 

ABŞ xam neftinin (WTI) dekabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 1,6% ucuzlaşmaqla hazırda bir bareli 82.60 dollara ticarət edilir.

Brent markalı neftin yanvar fyuçersi isə London əmtəə birjasında 1,2% dəyər itirərək bir bareli 83.69 dollara geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et