Neft 56 dollaradək ucuzlaşa bilər - PROQNOZLAR | Banco.az

Neft 56 dollaradək ucuzlaşa bilər - PROQNOZLAR

Bu həftə dünya birjalarında Amerika ilə Çin arasında ticarət böhranının daha da dərinləşməsinin təsirləri treyderlərin diqqət mərkəzində olacaqdır.

 

EUR

Beynəlxalq maliyyə bazarlarında ABŞ-ın Çinə qarşı yeni gömrük rüsumu qərarı qlobal iqtisadiyyatda təzyiqlərin yeni dalğasının başlayacağından xəbəb verir. Beləliklə, FED-in sonuncu faiz azaldılmasının müsbət təsirləri də artıq zəifləyib və dollar yenidən ucuzlaşmağa başlayıb. Nəticədə isə EUR/USD məzənnəsi dolların dəyər itirməsi fonunda 1.11$-a kimi bahalaşıb və 1.12$-a kimi də bahalaşa bilər. 

Bununla yanaşı, bazar ertəsi Bakı vaxtı ilə saat 12 və 18:00-da müvafiq olaraq Avrozona və ABŞ-ın xidmət sektorları ilə bağlı dərc ediləcək önəmli statistik məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır. 

 

GBP

GBP/USD məzənnəsinin də ucuzlaşması dinamikasında zəifləmə müşahidə edilir. 1.22$-a yaxın ticarət edilən məzənnə 1.23$-a kimi də bahalaşa bilər. 

İngiltərənin AB ilə Breksit və ABŞ ilə ticarət sazişi danışıqları da bazar iştirakçılarının diqqət mərkəzindədir. Cümə günü saat 12:30-da yayımlanacaq iqtisadi inkişafa dair önəmli fundamental məlumatların isə Böyük Britaniyada inkişafin zəifləməsini göstərməsi ehtimal edilir. 

Ən sərfəli kredit üçün müraciət et

 

TRY. 

USD/TRY məzənnəsi isə Türkiyədə inflyasiyanın yenidən arta biləcəyi narahatlığı fonunda bahalaşıb. 5.60TL ətrafında dalğalanan məzənnə, 5.66TL-ni də yuxarı istiqamətdə qırarsa, 5.73TL-yə kimi də bahalaşa bilər. 

İnflyasiya ilə bağlı fundamental göstəricilər isə bazar ertəsi saat 11:00-da açıqlanacaqdır. 

 

OIL

Qlobal siyasi və iqtisadi risklərin növbəti mərhələyə çatması, enerji birjalarında neftə olan tələbin də azalmasına səbəb olub. Belə ki, Avropanın Brent nefti 61$-a ticarət edilir və 59.41$-ı da aşağı istiqamətdə qırarsa, 56.53$-a kimi də ucuzlaşa bilər. 

Çərşənbə günü saat 18:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.

 

GOLD

Əlvan metallar bazarlarında da bugünkü çətin günlərdə təhlükəsiz liman maliyyə alət kimi qızıla olan tələbin artdığı müşahidə edilir. Təhlillərə əsasən, bir unsiya üzrə qiymət 1460$-ı (47.0 $/qram) və 1469$-a (47.2 $/qram) kimi də dəyər qazana bilər. 

InvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç