"NBCBank" və "NBCLizinq" kənd təsərrüfatı texnikası yarmarkasında iştirak edir | Banco.az

"NBCBank" və "NBCLizinq" kənd təsərrüfatı texnikası yarmarkasında iştirak edir

"NBCBank" və "NBCLizinq" 23-24 May tarixlərində Bərdədə keçirilən kənd təsərrüfatı texnikası yarmarkasında iştirak edir. 

Yarmarkanın məqsədi fermerləri kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış etmək, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaqdır.

Xəbər verdiyimiz kimi, Aqrar Kredit və İnkişaf Agentliyi 20 may – 15 iyun 2019-cu il tarixlərində kənd təsərrüfatı texnikası yarmarkaları keçirir. Yarmarkalar ölkənin 6 rayonunu (Şəmkir, Bərdə, Şəki, Ucar, Quba, Masallı) əhatə edəcək. Yarmarkanın məqsədi fermerləri kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış etmək, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et