Naxçıvanda hüquqi və fiziki şəxslərə verilən qısamüddətli kreditlərin həcmi 88% azalıb | Banco.az

Naxçıvanda hüquqi və fiziki şəxslərə verilən qısamüddətli kreditlərin həcmi 88% azalıb

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 24 mln. 51 min 100 manat məbləğində kreditlər verilib.

Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 5 mln. 864 min 300 manat və ya 32,2% çoxdur.

Verilmiş kreditlərin 3 mln. 458 min 200 manatı və yaxud 14,4%-i qısamüddətli, 20 mln. 592 min 900 manatı və yaxud 85,6%-i uzunmüddətli kreditlər olub. Bir il əvvəlki dövrlə müqayisədə qısamüddətli kreditlərin həcmi 1 mln. 622 min 100 manat və ya 88,3% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə uzunmüddətli kreditlərin həcmi isə 4 mln. 242 min 200 manat və ya 25,9% azalıb. 

Report

Ən sərfəli krediti almaq üçün müraciət et