Müvəffəqiyyətini sonradan qazanan 10 insan | Banco.az

Müvəffəqiyyətini sonradan qazanan 10 insan

Öz işinizi hələ tapa bilmirsinizsə, həvəsdən düşməyin. Uğur birdən gəlmir.

Təxminən 30 yaşına çatmış insanların əksəriyyəti  öz həyatlarına tənqidi baxıb başa düşürlər ki, ağıllı-başlı heç bir iş görə bilməyiblər. Və beyinlərində vaxtın keçdiyi və vəziyyətlə barışmalı olduqları fikri yaranır.

 Sizə, yeni işə başlamağın heç vaxt gec olmadığını və uğurun gələcəyini sübut edən 10 insanın tarixini təqdim edirik. 

Rey Krok, McDonald’sın qurucusu

52 yaşına qədər kağız stəkan satmaqla məşğul olub

"1954-ci ildə 52 yaşım var idi. Məndə diabet və artrit xəstəliyi var idi. Mənim öd kisəmi və qalxanabənzər vəzinin çox hissəsini kəsmişdilər. Amma mən gələcəyə inanırdım," – Makdonald qardaşları ilə görüşdüyü taleyini dəyişən anı Rey Krok belə xatırlayırdı.

 Çoxsaylı xəstəliklərdən əlavə onda eşitmə zəyifliyi var idi və o zəngin deyildi. Krok tanınmış iş adamı idi, amma onun bütün müəssisələri mütəmadi olaraq iflasa uğrayırdılar. 1954-ci ildə Makdonaldsın yayımına lisenziya almaq üçün ona 15 min nağd pul lazım olanda, heç bir bank ona kredit verməmişdi. Evi və sığortanı girov qoymaq məcburiyyətində qalıb, bundan sonra daha 30 il yaşayıb və 600 milyon qazanıb.

Harland Devid Sanders (Polkovnik Sanders), KFC

40 yaşında öz yanacadoldurma məntəqəsinin müştəriləri üçün qızardılmış toyuq hazırlamağı düşündü

Fastfud yeməkləri restoranları şəbəkəsinin banisinin taleyi maraqlıdır: atasını erkən itirib, anası çox çalışırdı, o isə kiçik yaşlarından evdə yeməklərə cavabdeh olub. Üstəlik, işləməyə tez başlayıb (artıq 10 yaşında), bir çox ixtisas sınayıb, 12 yaşında isə atalığı ilə münasibətləri alınmayıb deyə o evi tərk edib. Demək olar ki, polkovnik Sanders amerika arzusunun təcəssümüdür.

 "Mən hesab edirəm ki, qızardılmış cücə Amerika Qonaqpərvərliyinin Yemək-Rəmzidir. Məhz belə - böyük hərflər ilə. Və mənə vacib deyil, sənin masanın arxasında kim oturub - kral, böyük adam və ya sadə bir insan. Əgər sənin yanına qonaq gəlibsə, sənin işin onu  yaxşı yedizdirməkdir", - Harland Sanders belə deyir.

Coan Roulinq, “Harri Potterin” müəllifi

31 yaşına qədər sosial təminat alan tənha ana olub

Romanın ideyası onun ağlına 1990-cı ildə gəlib, 1997-ci ildə seriyanın ilk romanını dərc edənə qədər 7 il ərzində işindən olub və ərindən ayrılıb, kasıbçılıq içində yaşayıb. İndi o, Britaniyada ən çox satılan müəllifdir və beş il ərzində yoxsulluq içində həyatdan multimilyoner statusununa qədər böyük yol keçmişdir.

Amansio Orteqa, Zaranın sahibi

37 yaşına qədər mağazada köməkçi işləyib 

Ailəsindəki yoxsulluq üzündən Amansio hətta orta məktəbi bitirə bilməyib və 13 yaşından köynək mağazasında kuryer kimi işləməyə başlayıb. 37 il yaşında Amansio öz trikotaj fabrikini açıb.

Əvvəlcə o, arvadı Rosaliya ilə birlikdə yaşadığı evin qonaq otağında xalatlar, gecə köynəkləri və qadın paltarlar tikirdiı. Bir gün müştəri külli miqdarda paltar sifarişini ləğv edib və biznesi xilas etmək üçün, həyat yoldaşları paltarları özləri satmaq qərarına gəliblər. Belə 1975-ci ildə onların Zorba mağazası yarandı, Amansionun onda 40 yaşı var idi. 2012-ci ildə isə Bloomberg agentliyi Orteqanı Avropanın ən zəngin insanı qəbul etdi – onun holdinqi Zara, Massimo Dutti, Bershka, Oysho, Pull & Bear, Zara Home, Stradivarius kimi toxuculuq brendlərinə sahibdir.
 

Harrison Ford, aktyor və prodüser

30 yaşına kimi dülgər olub

 

1968-ci ildə Harrison Ford "Zabriski-poynt" filmində çəkilib, amma onun iştirakı ilə olan bütün səhnələri kəsmişdilər. Bundan sonra o, aktyor karyerasını saxlamaq qərarına gəlib və dülgər olub. Lakin sonradan təsadüf təticəsində Corc Lukasla qarşılaşıb və " Amerika qraffitiləri" filminin çəkilişləri üçün dəvət alıb. Harrison Fordun o zaman 30 yaşı var idi.

 

Meri Key Eş, Mary Kayın qurucusu

45 yaşına kimi ticarət agenti işləyib

Ən sərfəli kredit üçün müraciət et

Meri Key 25 il ərzində vəzifəsi artmadan ticarət agenti işləyib. 45 yaşında o işdən çıxmaq və biznes və qadınlar haqqında kitab yazmaq qərarına gəlib. Yazılma prosesində kitab onun ideal şirkətinin biznes planına çevrilmişdir və dəriyə qulluq üçün mallar satmaq qərarı gəlinmişdir. 1963-ci ildə Meri Key öz əriylə $5000 başlanğıc kapitalı ilə Mary Kay Cosmetics şirkətini təsis etdi.

 "Mən elə bir şirkət yaratmaq istəyirdim ki, qadınlar üçün öz karyeralarını özləri idarə edə biləcək imkanlar yaratsın – ailəsi olan və uşaq tərbiyə edən hər bir qadın üçün” – Meri deyir.

Henri Ford, Ford Motor Companynin yaradıcısı

Öz şirkətinin əsasını 40 yaşında qoyub

İrlandiyadan mühacir ailəsində doğulub, gəncliyində evdən qaçıb və Detroytə işləməyə gedib. 36 yaşına kimi Edison şirkətinin mühəndis-mexaniki olub. İlk avtomobilini 30 yaşında təşkil edib, öz şirkətini yalnız on ildən sonra yaratmışdır.

Şirkətin ən böyük uğuru 1908-ci ildə Ford T modelinin buraxılması ilə gəlib. Henri Fordun həmin vaxt 45 yaşı var idi.

Ursula Berns, Xeroxun baş direktoru

32 yaşına qədər Xerorxda aşağı vəzifələri tutub

Ursula Manhettenin zəif inkişaf etmiş ərazisi olan Aşağı İst-Saydda anadan olub və uşaqlığını aztəminatlı ailələr üçün olan evlərdə keçirib. O, təhsil alıb və 1980-ci ildə Xerox şirkətində təcrübə keçməyə gəlib. 2009-ci ildə isə Ursula korporasiyanın baş direktoru və amerikan korporasiyasına başçılıq edən ilk qaradərili qadın oldu.

Şeldon Adelson, Las Vegas Sandsin qurucusu

30 yaşına kimi şüşələr üçün şampunlar və mayelər satıb

l

12 yaşında məktəbi atıb və hər şey ilə məşğul olmayıb: Qəzet satıb, mehmanxanalara sabun, şampun və dəsma satıb, qardaşı Lenni ilə avtomobil defrostoru ilə sprey satışı firması olan De-Ice-ıt firmasını təsis edib, ipoteka brokeri kimi çalışıb. Ümid saçan gəncin işgüzar maraqlarının spektrindən hətta doğma atanın başı hərlənirdi: "Şeldon, - qoca boston taksi sürücüsü deyirdi, - sən at peyini kimisən – sən hər yerdəsən! ".

 Əvvəlcə o, Las-Veqasda kompüter sərgisi yaratdı, 1988-ci ildə isə dünyanın ən iri kazinosu olan Las Vegas Sands korporasiyasını təsis etdi. Həmin vaxt onun 55 yaşı var idi.

Manoy Bharqava, 5-Hour Energy enerji içkilərinin yaradıcısı

30 yaşına kimi Hindistanda dağ monastırında rahib olub

Sonra isə ABŞ-a gəlib iş adamı oldu -  5-Hour Energy enerji içkiləri istehsal edən şirkətin əsasını qoydu. Içkilərin zərərli təsirinə görə onun adı ilə böyük bir qalmaqal bağlıdır, amma mövzumuz bu deyil. Sadəcə, təsəvvür edin, zahiddən milyarderə çevrilərək öz həyatını başqa ölçüyə necə keçirdi.

Andrea Boçelli, müğənni

33 yaşına qədər barlarda fortepianoda ifa edirdi

12 yaşında görmə qabiliyyətini tamam itirib, bütün ömrü boyu opera müğənnisi olmağı arzulayıb. Bunun üçün o, axşamlar müxtəlif qruplarda fortepianoda ifa edərək dərslər üçün pul qazanaraq, məşhur tenor səsi ilə vokalla məşğul olduğu yerə, Turinə getdi.

 Andrea 1992-ci ildə italiya rok-ulduzu Dzukkeronun dinləməsindən uğurla keçir. Bundan sonra mahnının demo yazısı Luçano Pavarottiyə çatır və Andreanın karyerası birdən qalxır. İndi o, tanınmış müğənni və opera musiqisini populyarlaşdıran bir şəxsdir.

Enq Li, rejissor

36 yaşına kimi işsiz olub

Kino çəkilişini ABŞ-da öyrənib və bir neçə uğurlu tələbə filmləri çəkib. Amma bu da işə yaramayıb və o, altı il işsiz olub. Onun ssenariləri yalnız 1990-cı ildə (Linin isə artıq 36 yaşı var idi) müsabiqədə qalib olub, və beləcə onun rejissor karyerası başlayıb. İndi Enq Li bütün dünyaya məşhurdur, və siz də yəqin onun filmlərini görmüsünüz: " Gizlənmiş pələng, pusqudakı əjdaha ", "Halk", "Qozbel dağ" və "Pinin həyatı".

 Ona görə də bizim sizə məsləhətimiz: Ruhdan düşməyin və axtarmağa davam edin. 

 

Ən sərfəli krediti almaq üçün müraciət et