Müştərilərinin tənqidlərini reklam kampaniyalarına çevirən şirkət | Banco.az

Müştərilərinin tənqidlərini reklam kampaniyalarına çevirən şirkət

KFC şirkəti çox maraqlı aksiyaya start verib. Şirkət ona ünvanlanmış mənfi rəyləri reklam formasına salaraq müxtəlif portal və jurnallarda yayımlayıb. Təəccüblüdür ki, şirkətin bu davranışı çox maraqla qarşılanıb. Reklam reklamdır prinsipini əsas tutan şirkət bu mövzuda anti-təbliğatı öz xeyrinə olacaq şəkildə dəyərləndirib. Bunun üçün şirkət müştərilərin onun sosial media vasitələrinə ünvanladığı tənqidləri dəyərləndirib.

 

Əziz KFC,

Heç kim sizin qızardılmış kartoflarınızı bəyənmir.

Hörmətlə,

Bütün dünya.

Ən sərfəli kredit üçün müraciət et

Bu reklamda isə artıq yeni üsulla hazırlanmış qızardılmış kartoflar haqda məlumat əks olunub.

Bundan əlavə şirkət qızardılmış toyuqdan hazırlanan məhsullarını da tənqid edərək, müştərilərindən üzr istəmiş və öz xidmətlərini daha da yaxşılaşdıracaqlarını bildirmişdi. Hətta reklamları yayımlayan Mother reklam agentliyi postda KFC-nin adını dəyişərək FCK qoyub.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et