Müştərilərə digər banklara borcu olduğu təqdirdə hansı şərtlərlə kredit verilir? | Banco.az

Müştərilərə digər banklara borcu olduğu təqdirdə hansı şərtlərlə kredit verilir?

Hal-hazırda kredit həyatımızın bir hissəsinə çevrilib. Azərbaycanda hər  5 nəfərdən birinin demək olar ki, bu və ya digər məbləğdə kredit tarixçəsi var. İnsanlar müəyyən müddət kreditlərini ödəyə bilməyəndə faizlər yığılmasın deyə yaxud bir neçə krediti bağlamaq üçün digər banklara müraciət edirlər. Bəs, banklar müştərilərə digər banklara borcu olduğu təqdirdə hansı şərtlərlə kredit verir, ümumiyyətlə, kredit verirmi? Bu mövzu ilə əlaqədar Banco.az portalı olaraq bir neçə banka müraciət etdik. Əldə etdiyimiz məlumatı nəzərinə çatdırırıq.

Azər-Türk Bankı isə başqa banklara 90 gündən çox gecikməsi olan müştərilərə kredit vermir. Bundan başqa, başqa banka kredit borcu olan o müştərilərə kredit verilir ki, onların ödəniş qabiliyyəti kredit borcunu ödəməyə imkan versin.

Expressbankın verdiyi məlumata əsasən müştərinin gəlirlərinə uyğun olaraq yüklülüyü, kredit tarixçəsi təhlil olunur və buna uyğun olaraq kredit məbləği müəyyən edilir.

Əgər siz Dəmir Banka müraciət etsəniz kredit tarixçənizin təhlili müsbət olmalı və öhdəlikləri yüksək olmamalıdır.

Digər banklarda kredit borcu öhdəlikləri olan şəxslər də Unibank-a nağd kreditlər üçün müraciət edə bilər. Kreditin ayrılması və məbləğ fərdi təhlildən sonra Bank-da kredit mütəxəssisləri tərəfindən müəyyən olunacaq.

"Bank of Baku"-da yeni müştərilərə gəlirləri təsdiq edən sənəd və şəxsiyyət vəsiqəsi ilə maksimum 1000 USD miqdarında kredit ayrıla bilər. Lakin digər banklarda kredit olmamalıdır.

Bank BTB-də də digər banklarda öhdəlikləri olan şəxslərə kredit verilməsi mümkündür, bu zaman həmin şəxsin gəlirləri, xərcləri və kredit tarixçəsi analiz olduqdan sonra dəqiq məlumat verilir. Kredit verilməsi zamanı ödəmə qabiliyyəti əsas tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Digər banklarla işləyən müştərilər də Rabitəbanka müraciət edərək kredit götürə bilər. Kreditin məbləği və verilmə şərtləri müştərinin aylıq gəlir və xərcləri təhlil edildikdən sonra təyin edilir.

Amrahbank hər bir müştəriyə, bankın daxili kredit şərtlərinə uyğun olaraq kredit təklif edir. Digər banklarda krediti olan şəxslərə kredit tarixçəsi nəzərə alınmaqla, maliyyə təhlilindən sonra müştərinin ödəniş qabiliyyətinə uyğun olaraq maksimal kredit məbləği ayrıla bilər.

Parabanka müraciət etsəniz borcun məbləğindən və borcalanın durumundan, gəlirindən aslı olaraq sizə kredit verə bilər.

AccessBank bu haqda məlumatı kredit mütəxəssisi sizin maliyyə vəziyyətinizi araşdırdıqdan sonra dəqiq söyləyə bilər.

VTB Bank(Azerbaijan)-da “Yeniden Kreditləşmə” məhsulu var. Kreditin məbləği - 500 AZN-15 000 AZN  (min. 650 USD– maks 19 000 USD, min. 23 000 RUB – maks. 690 000RUB) Kreditin müddəti – 12-36 ay, Faiz dərəcəsi – 19 % - 28 %, illik AZN/USD Komissiya – 2 % -2,5%, Zamin – yoxdur.

Atrabank qeyd edir ki, şәrtlәrimizdә dәyişiklik yoxdu. Daha detallı mәlumat üçün, kredit götürәn iş yerindәn arayışla kreditorlarımıza yaxınlaşmağı kifayәtdir. Әgәr yaxşı ödәyicidirsә, tәbii ki, bu daha yaxşı haldır.

Kreditin ümumi şərtləri Bank Respublikada bütün müştərilər üzrə eynidir.Müştərinin kredit müraciətinə baxılarkən bizim ayıracağımız kreditin maksimal məbləğ müştərinin aylıq gəlirindən və öhdəliklərindən asılıdır.

Ən sərfəli krediti almaq üçün müraciət et